Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) "Bərpaolunan Güc Statistikası" (Renewable Capacity Statistics) hesabatı dərc olunub.
“Berpaolunanenerji.az” IRENA-ya istinadən xəbər verir ki, hesabatda son on il ərzində dövlətlərin bərpaolunan enerji layihələrinə xərclədiyi məbləğləri açıqlanıb.
Hesabata əsasən, 2019-cu ildə bərpaolunan enerji sektoruna ayrı-ayrı dövlətlər tərəfindən 17 376 milyon ABŞ dolları məbləğində maliyyə ayrılıb.
Maliyyə məbləğinin payı mənbələr üzrə aşağıdakı kimidir:
-
hidroenerji – 3 131 mln. dollar;
-
külək enerjisi – 3 371 mln. dollar;
-
günəş enerjisi – 2 955 mln. dollar;
-
bioenerji – 449 mln. dollar;
-
geotermal enerji – 310 mln. dollar.
2018-ci ildə hibrid sistemlər də daxil olmaqla, təmiz enerjinin araşdırılması və inkişafı, bərpaolunan enerji istehsalını inkişaf etdirmək məqsədilə beynəlxalq maliyyə axınları isə 14 milyon ABŞ dolları təşkil edib.
Rəylər (0):