Dünyada bərpaolunan mənbələrdən elektrik enerjisi istehsalı nə qədər olub?

image

2019-cu ildə dünyada bərpaolunan mənbələrdən enerji istehsalı 7 min trln. kVt-saat təşkil edib.

“Berpaolunanenerji.az” xəbər verir ki, bu barədə Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) hesabatında bildirilir.

Hesabata əsasən, mənbələr (hidroenerji xaric) üzrə elektrik istehsalı aşağıdakı kimi olub:

  • bərpaolunan hidroenerji – 4 207 trln. kVt-saat, o cümlədən hidroenerji 4 322 trln. kVt-saat;

  • külək enerjisi – 1 413 trln. kVt-saat, o cümlədən quruda 1 328 trln. kVt-saat, dənizdə 85 trln. kVt-saat;

  • günəş enerjisi 693 trln. kVt-saat;

  • bioenerji 558 trln. kVt-saat;

  • geotermal enerji 92 trln. kVt-saat;

  • dəniz (okean) enerjisi 975 mln. kVt-saat.

Hesabatda bildirilir ki, 2019-cu ildə dünya üzrə elektrik enerjisi istehsalında bərpaolunan mənbələrin payı 26 faiz olub.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *