Dünyanın ən böyük dəniz külək elektrik stansiyası istifadəyə verilib

image

Böyük Britaniyada 1 300 MVt gücündə dünyanın ən böyük dənizdə külək elektrik stansiyasını işə salınıb.

"Berpaolunanenerji.az" BBC-yə istinadən xəbər verir ki, Şimal dənizindəki “Hornsea 2” layihəsi tam gücü ilə işləməyə başlayıb.

165 külək turbinindən ibarət olan stansiya Yorkşirin Şərqi Ridinq qraflığının sahilindən 90 kilometr şərqdə yerləşir.

Qeyd edilir ki, stansiya, təxminən 1,3 milyon evi enerji ilə təmin edə bilər - bu, aqlomerasiyasında iki milyondan çox insanın yaşadığı Mançester kimi şəhər üçün kifayət edəcək.

“Bu, öz təhlükəsiz enerjimizə doğru yolçuluğumuzda irəliyə doğru atılmış böyük addımdır”, - Britaniyanın istefa verən Baş naziri Boris Conson deyib.

"Böyük Britaniya dəniz külək enerjisi sahəsində dünya liderlərindən biridir. Beş il işlədikdən sonra dünyanın ən böyük dəniz külək elektrik stansiyasının tam keyfiyyətli kommersiya istismarına başlamaq, bu çox həyəcanlıdır", - BBC-yə açıqlamasında "Hornsea 2" KES-nin proqram direktoru Patrik Harnett bildirib.

Qeyd edək ki, stansiya Danimarkanın "Orsted" şirkəti tərəfindən qurulub.

Şimal dənizinin yaxınlığında daha böyük layihələrin tikildiyini nəzərə alsaq, onun adının uzun müddət qalacağı ehtimalı azdır. Tam gücü ilə işlədikdə 6 milyon evi enerji ilə təmin edə biləcək “Dogger-Bank” külək elektrik stansiyası gələn il istifadəyə verilməlidir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *