Dünyanın ən böyük üzən külək elektrik stansiyası şəbəkəyə qoşulub

image

Şotlandiyanın Şimal dənizi sahillərində inşa olunan, 48 MVt qoyuluş gücünə sahib "Kincardine" dənizüstü Külək Elektrik Stansiyası (KES) şəbəkəyə qoşulub.

"Berpaolunanenerji.az" xarici mətbuata istinadən xəbər verir ki, Aberdinşir sahillərində, 80 metr dərinlikdə qurulan üzən KES 6 turbindən ibarətdir.

"Kincardine Offshore Wind" şirkəti tərəfindən qurulan üzən KES ildə 200 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcək ki, bu da təxminən 50 min evin elektrik enerjisi ehtiyacını qarşılayacaq.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *