Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) xanım Natali Mouravidzeni Azərbaycandakı əməliyyatlarının yeni rəhbəri təyin edib.
Renewables.az Banka istinadən xəbər verir ki, o, artıq Bankın Bakıdakı Daimi Nümayəndəliyində vəzifələrini icra etməyə başlayıb. EBRD Azərbaycanda aparıcı institusional investordur, burada maliyyə, korporativ, infrastruktur və enerji sektorlarında 188 layihəyə 3,5 milyard avrodan çox sərmayə qoyub, onların əksəriyyəti özəl sektorda olub.
Qeyd edək ki, Azərbaycan Respublikası Energetika Nazirliyi ilə EBRD arasında əməkdaşlıq çərçivəsində “Azərbaycanda bərpa olunan enerji hərraclarının keçirilməsinə dəstək” və “Azərbaycanda kiçikmiqyaslı bərpa olunan enerji layihələri üçün təmiz ölçü sistemi üzrə normativ çərçivənin tətbiqinin dəstəklənməsi” layihələri həyata keçirilir. Bundan əlavə, 22 dekabr 2022-ci il tarixində Energetika Nazirliyi ilə EBRD arasında Azərbaycan Respublikasının elektroenergetika sektorunun inkişafı ilə bağlı texniki dəstəyə dair Anlaşma Memorandumu imzalanıb.
Rəylər (0):