Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Qaradağ Günəş Elektrik Stansiyasının inkişafı, tikintisi və istismarı üçün 51 milyon ABŞ dollarına qədər uzunmüddətli kredit ayıracaq.
“Berpaolunanenerji.az” xəbər verir ki, bu barədə EBRD məlumat yayıb. Kreditin təsdiqi bankın Direktorlar Şurası tərəfindən aprelin 27-i gözlənilir. EBRD ilə yanaşı, bir sıra digər beynəlxalq maliyyə institutlarının da layihəyə dəstək verməsi gözlənilir.
Qeyd edək ki, Qaradağ GES-in tikintisi layihəsini "Abu Dhabi Future Energy Company" (Masdar) icra edir. Layihə Azərbaycanın enerji sisteminə 230 MVt günəş enerjisi istehsal gücü əlavə edəcək və təxminən 110 000 evi enerji ilə təmin edəcək.
Bildirilir ki, kredit, layihənin həyata keçirilməsi məqsədi ilə yaradılmış “Masdar Azerbaijan Energy” MMC-yə ayrılıb.
Bu layihə, Azərbaycanın təbii qaza əsaslanan elektrik stansiyalarını əvəz etməyə kömək edəcək və Paris Sazişi üzrə öhdəliklərinə uyğun olaraq müəyyən edilmiş bərpa olunan enerji hədəflərinə çatmağa kömək edəcək.
Layihə həmçinin, illik təxmini “CO2” emissiyasını 200 min tona qədər azaldaraq, güclü ekoloji fayda təmin edəcək. Bu, ölkənin istilik enerjisi istehsalına olan yüksək asılılığını azaldaraq, aşağı karbonlu keçiddə kömək edəcək.
Laqyihənin ümumi dəyəri 240 milyon ABŞ dolları təşkil edir.
Rəylər (0):