Bu il Vışeqrad Qrupunun sədri olan Macarıstanın Azərbaycandakı səfirliyi ADA Universitetilə birgə “Enerji təhlükəsizliyi: yeni və köhnə çözümlər – Mərkəzi Avropadan görünüş” mövzusu ilə bağlı tədbir keçirib.
“Berpaolunanenerji.az”ın məlumatına görə, tədbirdə enerji ehtiyatlarının nəql yollarının şaxələndirilməsi məsələləri müzakirə olunub.
Çex Respublikasından olan ekspert Martin Peyrhomovski enerji təhlükəsizliyi məsələsinin kəskinm xarakter daşıdığını qeyd edib: “Dünyada enerji təhlükəsizliyilə bağlı vəziyyət sürətlə dəyişir. Bu, Vışeqrad Qrupu, Avropa ittifaqı üzv ölkələrindən savayı Aİ-nin qonşuları, o cümlədən Azərbaycanda da belədir”.
Şərq Tərəfdaşlığı proqramının fikir mübadiləsi baxımdan mühüm platform olduğunu dilə gətirən ekspert “yaşıl” hidrogeniumdan daha geniş istifadə etməyə də çağırıb: “Aİ və dünya enerji təhlükəsizliyilə bağlı layihələrə daha çox sərmayə yatırmalıdır. Enerji təhlükəsizliyi çevik tədbirlər tələb edir”.
Macarıstanın Enerji və Kommunal Təsərrüfatının Tənzimlənməsi İdarəsinin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Pal Saqvari də ölkəsinin 2050-ci ilədək enerji təhlükəsizliyinə dair dürüst niyyətlərinin, 2030-ci ilədək isə hədəflərinin olduğunu bildirib.
Slovakiya Xarici İşləır Nazirliyinin enerjiyə dair xüsusi elçisi Yuray Sivaçek qeyd edib ki, Azərbaycan Avropanın enerji təminatı üçün böyük potensiala malikdir.
Rəylər (0):