Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupun tərkibində yaradılmış alt İşçi Qrupun növbəti iclası keçirilib.
"Berpaolunanenerji.az" Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə istinadən xəbər verir ki, Dövlət Agentliyinin direktoru, alt İşçi Qrupun rəhbəri Cavid Abdullayev iclası giriş sözü ilə açıb.
Alt İşçi Qrupun fəaliyyəti ilə bağlı tematik tədbirlər üzrə müəyyən olunmuş məsul şəxslər tərəfindən görülmüş işlərə dair hesabatlar dinlənilib və cari məsələlərə dair müzakirələr aparılıb.
Rəylər (0):