Elektroenergetika sektorunda dövlətin vəzifələri açıqlanıb

image

Elektroenergetika sektorunda dövlət siyasətinin əsas prinsipləri müəyyənləşir.

"Renewables.az"ın məlumatına görə, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, elektroenergetika sektorunda dövlət siyasətinin əsas prinsipləri

aşağıdakılardır:

- elektroenergetika sisteminin vahidliyi, etibarlılığı və təhlükəsizliyi;

- elektroenergetika sektorunda idarəetmə və tənzimləmənin effektivliyi və şəffaflığı;

- elektroenergetika subyektlərinin xidmətlərindən, habelə elektrik şəbəkəsindən bərabər və ayrı-seçkiliyə yol verilmədən istifadə imkanının yaradılması.

Layihədə elektroenergetika sektorunda dövlət tənzimləməsinin məqsədləri

və dövlətin vəzifələri də əksini tapıb. Elektroenergetika sektorunda dövlət tənzimləməsinin əsas məqsədləri aşağıdakılardır:

- enerji təhlükəsizliyinin təmin edilməsi;

- elektroenergetika subyektlərinin və istehlakçıların maraqları arasında balansın təmin olunması;

- istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan ve fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi.

Elektroenergetika sektorunda dövlətin vəzifələri isə aşağıdakılardır:

- regional əməkdaşlığın inkişafı, özəl investisiyaların və davamlı iqtisadi inkişafın dəstəklənməsi;

- əlverişli investisiya mühitinin yaradılması;

- elektrik enerjisi bazarında rəqabət mühitinin formalaşdırılması və elektroenergetika sektorunda inhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması;

- elektroenergetika subyektlərinin effektiv və təhlükəsiz fəaliyyətinin təmin edilməsi;

- istehlakçıların hüquqlarının müdafiəsi, o cümlədən sərbəst istehlakçıların elektrik enerjisi təchizatçısını seçmək hüququnun təmin edilməsi;

- təbli inhisar sahəsində fəaliyyətin tənzimlənməsi;

- elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin stimullaşdırılması və inkişaf etdirilməsi;

- enerji resurslarından səmərəli istifadənin təşviq edilməsi;

- ətraf mühitin mühafizəsi sahəsində tədbirlərin həyata keçirilməsinin təmin edilməsi;

- elektroenergetika sektorunda dövlət nəzarətinin, o cümlədən elektrik enerjisi bazarının monitorinqinin həyata keçirilməsi;

- elektroenergetika sektorunda tənzimlənən qiymətlərin (tariflərin) müəyyən edilməsi;

- elektrik enerjisi bazarının effektiv fəaliyyətinin, həmçinin istehlakçılara keyfiyyətli xidmət göstərilməsinin təmin edilməsi;

- elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması və təchizatı üzrə xərclərin minimuma endirilməsi və qiymətlərin (tariflərin) iqtisadi əsaslar olmadan dəyişdirilməsinin qarşısının alınması.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *