İtalyan enerji şirkəti Enel, İtaliyanın ERG şirkətindən 1,19 mlrd. dollara, qoyuluş gücü 527 MVt olan hidroenerji layihəsini satın alıb.
“Berpaolunanenerji.az” şirkətin rəsmi saytına istinadən xəbər verir ki, bu haqda Enel və ERG şirkətləri anlaşma imzalayıb.
Hidroenerji stansiyasının illik elektrik istehsalı 1,5 mlrd. kilovat-saatdır.
Qeyd edək ki, bununla birlikdə Enel-in sahib olduğu hidroenerji gücü 13 QVt-a çatacaq.
2050-ci ilə qədər sıfır karbon olmağı hədəfləyən şirkət bu məqsədlə qarşıdakı on ildə 160 mlrd. avro xərcləyəcək.
Rəylər (0):