Energetika naziri Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni rəhbərini qəbul edib – FOTO

image

Energetika naziri Pərviz Şahbazov Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri, səfir Peter Mixalkonu qəbul edib.

"Berpaolunanenerji.az" bu barədə Nazirliyə istinadən xəbər verir.

Məlumata əsasən, nazir səfiri yeni təyinatı münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində mövcud olan uzunmüddətli səmərəli və strateji tərəfdaşlıq münasibətlərindən bəhs edərək, bu istiqamətdə əlaqələrin daha da inkişaf edəcəyinə inamını ifadə edib. 

Görüşdə Cənub Qaz Dəhlizi layihəsinin icrası, Azərbaycan qazının Avropa bazarına daxil olması istiqamətində xüsusi əhəmiyyətindən bəhs edilib, gələcəkdə qaz təchizatının coğrafiyasının genişləndirilməsi üçün Avropa İttifaqı ilə birgə əməkdaşlıq imkanları müzakirə olunub.

Bununla yanaşı Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində enerji əməkdaşlığının prioritetləri, enerji səmərəliliyi, bərpaolunan enerji sahələrinin inkişafı və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *