Energetika naziri “Ümumdünya Kommunal Xidmətlər Konqresi”ndə iştirak edəcək

image

Energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika və infrastruktur naziri Suhail Mohamed Al Mazroueinin dəvəti ilə 9-11 may tarixlərində Abu-Dabi şəhərində keçiriləcək “Ümumdünya Kommunal Xidmətlər Konqresi”ndə iştirak etmək məqsədilə bu ölkəyə səfər edib. 

Bu barədə "Berpaolunanenerji.az"a nazirlikdən məlumat verilib.

Səfər çərçivəsində nazirin Konqresin Strateji Konfransında panel müzakirələrində çıxışı, enerji və su təchizatının idarə edilməsi, bu sahələrdə innovativ məhsullar və yeni texnologiyaları nümayiş etdirən müxtəlif sərgilərdə iştirakı, həmçinin bir sıra görüşləri nəzərdə tutulur.

Qeyd edək ki, Abu-Dabinin vəliəhdi, Şeyx Məhəmməd bin Zayed Əl Nahyanın himayəsi altında keçirilən “Ümumdünya Kommunal Xidmətlər Konqresi”ndə 50-dən çox ölkədən 14 energetika nazirinin, aparıcı enerji və su təchizatı müəssisələrini təmsil edən 70-dən çox sənaye rəhbərinin və 1000-dən çox nümayəndənin iştirakı gözlənilir.

“Ümumdünya Kommunal Xidmətlər Konqresi” qlobal enerji və kommunal xidmətlər sənayesinə dair fikir və strategiyalar mübadiləsi aparmağa imkan yaradan bir platformadır. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *