Bu gün Energetika Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirilib
“Berpaolunanenerji.az” bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, görüşdə Energetika Nazirliyinin rəhbər vəzifəli şəxsləri qurumun gördüyü işlərdən bəhs edib, xüsusilə bərpaolunan enerji sahəsində həyata keçirdiyi layihələr haqqında geniş məlumat verib.
Müzakirələrdə şura üzvləri ictimaiyyəti maraqlandıran məsələlərə toxunub, nazirliyin fəaliyyət istiqamətlərinə dair irəli sürülən rəy və təkliflər dinlənilərək ətraflı cavablandırılıb.
Rəylər (0):