Energetika Nazirliyində kollegiya iclası keçirilib

image

Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə onlayn formatda növbəti kollegiya iclası keçirilib.

Renewables.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Kollegiyanın sədri energetika naziri Pərviz Şahbazov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən energetika sahəsinin inkişafı istiqamətində mühüm islahatların həyata keçirildiyini qeyd edib, bununla bağlı Nazirlik və tabeli qurumlar qarşısında qoyulmuş tapşırıq və vəzifələrin yüksək səviyyədə, vaxtında və keyfiyyətlə icra edilməsinin vacibliyi vurğulanıb.

Sonra iclasın gündəliyinə uyğun olaraq “2023-cü ilin I yarımilliyi üzrə Energetika Nazirliyində icra intizamının vəziyyəti və vətəndaş müraciətlərinə baxılması haqqında” təqdimat nümayiş etdirilib. Hesabat dövründə Nazirliyə daxil olmuş təşkilat və vətəndaş müraciətlərinə dair statistik məlumatlar nəzərdən keçirilib, müraciətlərə baxılmanın vəziyyəti, icazələrin verilməsi, inzibati xətalar haqqında işlər, eləcə də 2023-cü il üçün iş planında 1-ci yarımillik üzrə verilmiş tapşırıqların icra səviyyəsi barədə müzakirələr aparılıb.

İclasda, həmçinin Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarından irəli gələn tapşırıqların icra vəziyyəti, yerinə yetirilmiş tədbirlər nəzərdən keçirilib və görüləcək işlər müzakirə edilib.

Sonda kollegiya sədri qarşıda duran vəzifələrin səmərəli icrası, sənədlərin vaxtında və tam yerinə yetirilməsinin təmin olunması, sənədlərə nəzarət mexanizminin və icra intizamının təkmilləşdirilməsi və digər məsələlər üzrə görüləcək tədbirlər barədə müvafiq tapşırıqlar verib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *