Azərbaycanda satışından enerji effektivliyi fonduna vəsait köçürülməsi nəzərdə tutulan enerji resurslarının siyahısı və köçürülən vəsaitin məbləği məlum olub.
Renewables.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiqlənən “Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə Qaydası”na Əlavədə əksini tapıb.
Qaydaya görə, ölkədaxili istehsalçı tarifi ilə satışdan daxil olan vəsaitdən
- elektrik enerjisi üzrə 0,03 %;
- təbii qaz üzrə 0,03 %;
- avtomobil benzini (Aİ-92) üzrə 0,5 %;
- dizel yanacağı üzrə 0,5 % köçürüləcək (ƏDV-siz).
Rəylər (0):