Enerji effektivliyi müqaviləsinin nümunəvi forması və şərtləri, habelə enerji effektivliyi xidmətlərinin həyata keçirilməsi Qaydası təsdiq edilib.
"Berpaolunanenerji.az" xəbər verir ki, Baş nazir Əli Əsədov “Enerji effektivliyi müqaviləsinin nümunəvi forması və şərtləri, habelə enerji effektivliyi xidmətlərinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Qərarı imzalayıb.
Qərar “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 avqust tarixli 1433 nömrəli Fərmanının 1.1.10-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.
Sənəd “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə uyğun olaraq enerji effektivliyi xidmətlərinin həyata keçirilməsi Qaydasını, o cümlədən enerji effektivliyi müqaviləsinin nümunəvi forması və şərtlərini müəyyən edir.
Enerji effektivliyi xidmətləri sifarişçi ilə icraçı arasında bağlanılmış və müvafiq qaydada tərtib edilmiş müqavilə əsasında göstərilir. Enerji effektivliyi xidmətlərinin həyata keçirilməsi üçün müqavilənin ayrılmaz tərkib hissəsi olan enerji effektivliyi üzrə tədbirlər planı icraçı tərəfindən tərtib edilir, sifarişçi ilə razılaşdırılır və icra edilir.
Rəylər (0):