“Enerji məsələləri, karbohidrogen və bərpa olunan enerji mənbələri” mövzusunda konfrans keçirilib

image

Türkiyədə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Zonquldak Bülent Ecevit Universiteti (ZBEU) və Türkiyə Neft Korporasiyasının (TPAO) təşkilatçılığı ilə “Enerji məsələləri, karbohidrogen və bərpa olunan enerji mənbələri” mövzusunda konfrans keçirilib.

Renewables.az ADNSU-ya istinadla xəbər verir ki, konfransda mövzu ilə bağlı məruzələr dinlənilib.

Sonra “Açıq dəniz dibi tətbiqləri texnologiyası” və “Dənizdə qazma texnologiyası” proqramları üçün təhsil məqsədilə qurulan qazma qurğusunun və daha 9 tətbiq laboratoriyasının açılışı olub. Açılış mərasimində ADNSU-nun rektoru, professor Mustafa Babanlı və rəhbərlik etdiyi nümayəndə heyəti, Zonquldak valisi Mustafa Tutulmaz, Ədalət və İnkişaf Partiyasından millət vəkili Əhməd Çolakoğlu, bələdiyyə başçısı Ömər Səlim Alan, ZBEU-nun rektoru professor İsmail Hakkı Özölçer, Bartın Universitetinin rektoru professor Orhan Uzun, TPAO-nun sədri və baş direktoru Melih Han Bilgin, rəsmi şəxslər, həmçinin prorektorlar və tələbələr iştirak ediblər. Mərasimdə rəhbər şəxslərin çıxışları dinlənilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *