Energetika naziri Pərviz Şahbazov “Equinor” şirkətinin Rusiya və Azərbaycan üzrə baş vitse-prezidenti, Rusiya üzrə rəhbər Tore Lozetin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
"Berpaolunanenerji.az"ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, görüşdə şirkət tərəfindən Azərbaycanda həyata keçirilən layihələr və əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb.
Görüşdə formalaşmış uğurlu əməkdaşlığın bərpaolunan enerji sahəsində, xüsusilə ölkəmizin dənizdə külək enerjisi potensialının reallaşdırılması istiqamətində genişləndirilməsinin mümkünlüyü qeyd edilib. Şirkətlə təcrübə və məlumat mübadiləsi sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsi razılaşdırılıb.
Rəylər (0):