“Equinor”, RES və “Green Giraffe” şirkətləri Fransada üzən külək elektrik stansiyalarını inkişaf etdirmək məqsədilə razılığa gəliblər.
Bu barədə “Berpaolunanenerji.az” “Equinor”un rəsmi saytında verilən məlumata istinadən xəbər verir.
Norveçin enerji şirkəti “Equinor”, İngiltərənin qlobal bərpaolunan enerji şirkəti Renewable Energy Systems (RES) və “Green Giraffe”, “Oceole” olaraq adlandırılan ortaq platforma yaradıblar. Belə ki, “Oceole” Fransa hökuməti tərəfindən elan ediləcək üzən dənizüstü külək tenderlərini dəyərləndirəcək və təklif vermək üçün çalışacaq.
“Equinor” şirkətinin rəsmisi Cens Oklend, yaradılan platformanın Fransanın olduqca iddialı açıq dənizüstü külək enerjisi hədəfinə çatmasında töhfə verəcəyini bildirib.
Qeyd edək ki, Fransa 2028-ci ilə qədər 6,8 QVt dənizüstü külək enerjisi gücünə sahib olmağı planlaşdırır. Əlavə edək ki, qeyd edilən üç şirkət də 2050-ci ilə qədər sıfır karbon olmağı hədəfləyir.
Rəylər (0):