2024-cü ildə “yaşıl” texnologiyaların təşviqi və bu istiqamətdə startaplara dəstək IV Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin diqqət mərkəzində olacaq.
Renewables.az-ın məlumatına görə, bu barədə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov deyib.
“Bildiyiniz kimi, 2024-cü il Azərbaycanda yaşıl dünya naminə həmrəylik ili kimi tanınır və bu il ölkə COP29 tədbirinə ev sahibliyi edəcək. Milli iqtisadiyyatın müxtəlif sektorlarında “yaşıl” texnologiyalardan istifadənin təşviqi və bu istiqamətdə startapların dəstəklənməsi bu il 4SIM-in diqqət mərkəzində olacaq”, - deyə o qeyd edib.
Rəylər (0):