Fransa 2050-ci ilə qədər dənizdə 50 yeni külək parkı inşa edəcək

image

Fransa 2050-ci ilə qədər dənizdə 50 yeni külək parkı inşa edəcək.

"Berpaolunanenerji.az" xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu ölkə Prezidenti Emmanuel Makron deyib.

Fransa lideri karbon qazının tədricən azaldılması fonunda bərpa olunan enerjinin inkişafına təcili ehtiyac olduğunu qeyd edib. 

"Bizim hər bir bərpa olunan enerji növü üçün çox aydın strategiyamız olmalıdır. İlk növbədə, günəş enerjisi, çünki bu cür stansiyalar daha ucuzdur və landşafta ən yaxşı şəkildə uyğunlaşır", - Makron vurğulayıb.

Prezidentin sözlərinə görə, Fransa günəş elektrik stansiyaları üçün bütün avadanlıqları istehsal edə bilər.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *