Fransa nümayəndə heyəti ilə Azərbaycanın enerji təchizatı planları müzakirə edilib

image

Energetika naziri Pərviz Şahbazov ilə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin nümayəndələri və “ENGIE” şirkətinin vitse-prezidenti, “Eurogas” Beynəlxalq Assosiasiyasının prezidenti Didier Holleaux arasında görüş keçirilib. 

"Berpaolunanenerji.az" Nazirliyə istinadən xəbər verir ki, görüşdə qlobal enerji gündəliyində olan məsələlər, Cənub Qaz Dəhlizinin genişləndirilməsi və “yaşıl enerji”nin Avropaya ixracı imkanları ətrafında fikir mübadiləsi aparılıb. 

Energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi ilə Azərbaycan qazının Avropa ölkələrinə ixrac olunan həcmləri, eləcə də TANAP və TAP layihələrinin ötürücülük gücünün artırılması perspektivləri barədə məlumat verərək, layihənin genişləndirilməsini təmin edəcək məsələlərlə bağlı fikirlərini diqqətə çatdırıb.

Bildirilib ki, Azərbaycanın özünü və tərəfdaşlarını uzun müddət təmin edə biləcək qaz resursları var. Bu resursların hasil edilərək mövcud infrastrukturun təkmilləşdirilməsilə ixracı üçün çoxtərəfli əməkdaşlıq və birgə səylər əsasında əməli addımlar atılmalıdır.

Eyni zamanda qeyd olunub ki, hazırda həyata keçirilən 470 meqavatlıq külək və günəş elektrik stansiyalarının istismara verilməsi ilə ildə qənaət ediləcək 330 milyon kubmetr təbii qaz, həmçinin Xəzər dənizinin külək enerjisinin 2036-cı ilədək reallaşdırılması nəzərdə tutulan 7,2 GVt-lıq potensialı hesabına “yaşıl enerji” də Avropa ölkələrinə ixrac edilə bilər. 

Söhbət zamanı Fransa ilə qaz sektorunda uzunmüddətli əməkdaşlığın bərpa olunan enerji sahəsində davam etdirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.

Həmçinin Azərbaycanın regional enerji əməkdaşlığında iştirakından irəli gələn məsələlər nəzərdən keçirilib. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *