Fuad Nəcəfli: Dövlət Proqramına uyğun olaraq Naxçıvanda elektroenergetika sistemi tamamilə yenidən qurulacaq

image

Dövlət Proqramına uyğun olaraq Naxçıvanda elektroenergetika sistemi tamamilə yenidən qurulacaq.

Renewables.az-ın məlumatına görə, bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bu gün Naxçıvan şəhərində keçirilən Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və “Naxçıvan - Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransında çıxışında bildirib.

O qeyd edib ki, proqramda nəzərdə tutulduğu kimi, Azərbaycan-Türkiyə-Avropa elektrik dəhlizi layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasının ölkənin əsas enerji sistemi ilə əlaqələndirilməsi, Türkiyəyə elektrik verilişi xəttinin çəkilməsi, elektrik enerjisi ixracı məqsədilə tezlik tənzimlənməsinin Türkiyə Respublikasının enerji sistemi vasitəsilə aparılması və Naxçıvan Muxtar Respublikasının enerji sisteminin Avropa Elektrik Ötürmə Sistemləri Operatorları Assosiasiyasının (ENTSO-E) şəbəkəsinə qoşulması üçün tədbirlər görülməsi muxtar respublikada elektrik enerjisi istehsalı və ixracı potensialını artıracaq. Bu, ölkənin əlavə enerji gücləri hesabına dünya bazarına (Türkiyəyə və Avropaya) elektrik enerjisi satmaq imkanlarını və alternativlərini genişləndirəcək.

Fuad Nəcəfli əlavə edib, Naxçıvan Muxtar Respublikasında mövcud elektrik stansiyalarının modernləşdirilməsi və dövlət-özəl tərəfdaşlığı çərçivəsində yenilərinin tikilməsi, bərpaolunan enerji resurslarından (əsasən günəş) və dövlət-özəl tərəfdaşlığı imkanlarından istifadə etməklə elektrik enerjisi istehsalının artırılması və yeni layihələrin icrası daha çox elektrik enerjisi ixracının həyata keçirilməsini təmin edəcək. Onun sözlərinə görə, mövcud elektrik enerjisi xətlərinin və yarımstansiyaların müasir tələblərə uyğun olaraq yenidən qurulması, enerji sistemini operativ idarə etmək, enerjinin keyfiyyətinə nəzarət etmək və monitorinqlər aparmaq üçün SCADA (nəzarət və məlumatların toplanması sistemi) mərkəzinin yaradılması elektrik təchizatı infrastrukturunun səmərəliliyinin artması, elektrik istehsalı və təchizatı sistemlərində itkilərin davamlı azalması ilə nəticələnəcək.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *