Gürcüstan və Macarıstan Qara dəniz sualtı elektrik kabeli layihəsini müzakirə edib

image

Macarıstanın Baş naziri Viktor Orban Gürcüstana səfəri çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Renewables.az-ın xarici KİV-ə istinadən məlumata görə, görüşdə siyasi, iqtisadi sahələrdə əməkdaşlıq, bərpa olunan enerji, logistika, turizm və digər sahələrə investisiyaların cəlb edilməsi məsələləri diqqət mərkəzində olub.

Tərəflər regional və beynəlxalq əhəmiyyətli layihələri, o cümlədən Cənubi Qafqazla Avropanı birləşdirən Qara dəniz sualtı kabel layihəsini nəzərdən keçiriblər. Qeyd olunub ki, enerji potensialının tam reallaşdırılması və enerji təhlükəsizliyi istiqamətində ümumi məqsədlərə nail olmaq üçün flaqman layihələrin reallaşdırılması həyati əhəmiyyət kəsb edir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *