Külək enerjisi qarşıdakı 5 ilin sonunda 3.3 milyon yeni iş yeri yarada bilər.
"Berpaolunanenerji.az"ın xəbərinə görə bu barədə "GWEC"in bəyanatında qeyd olunub.
Ötən gün "Qlobal Külək Enerjisi Konsulluğu" bəyanat dərc edib. Bəyanatda qeyd olunur ki, 2021-2025-ci illərdə külək enerjisinə təxminən 470 GVt güc əlavə olunacaq. Daha ətraflı nəzər yetirsək:
-
2021-ci ildə 87.5 GVt (quru 76.3 GVt, dəniz 11.2 GVt)
-
2022-ci ildə 81.1 GVt (quru 73.4 GVt, dəniz 7.7 GVt)
-
2023-cü ildə 90.5 GVt (quru 77.4 GVt, dəniz 13.1 GVt)
-
2024-cü ildə 98 GVt (quru 87.3 GVt, dəniz 14.3 GVt)
-
2025-ci ildə isə 112.2 GVt (quru 88.3 GVt, dəniz 23.9 GVt) yeni qoyuluş gücləri əlavə olunacaq.
Yeni güclərinin əlavə olunması bu sənaye üzrə 3.3 milyon yeni iş yerlərinin yaranmasına səbəb ola bilər. Sənəddə bildirilir ki, 2050-ci ilə qədər 6 TVt yeni gücün əlavə olunması, hər il 6.3 qiqaton CO2 emissiyasının qarşısını alacaq.
Sənəddə qeyd olunub ki, 2020-ci ilin sonunda Çində 550 min, Braziliyada 260 min, ABŞ-da 115 min, Hindistanda isə 63 min işçi külək sektorunda çalışıb.
"Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi" (IRENA) və "Enerji Ssenariləri Planlama"nın (PES) ortaq məlumatına görə, 2050-ci ilə qədər bərpa olunan enerji sektoru 15 milyondan çox yeni iş yerləri yaradacaq.
Rəylər (0):