Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyası üzrə elan edilmiş hərracda iştirakçılarından daxil olmuş təkliflərə baxılması, ixtisas uyğunluğunun müəyyənləşdirilməsi və hərracın qalibinin seçilməsi məqsədilə yaradılmış Hərrac Komissiyasının növbəti iclası hibrid formatda keçirilib.
Renewables.az bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə istinadən xəbər verir.
Hərrac Komissiyasının sədri Fəqan Abdurəhmanov Qobustan Günəş Elektrik Stansiyasının layihələndirilməsi, maliyyələşdirilməsi, tikintisi və istismarı üzrə keçirilən hərracın mövcud vəziyyəti ilə bağlı iclas iştirakçılarını məlumatlandırıb.
İclasda həmçinin “Synergy” məsləhətçi şirkətinin nümayəndəsi tərəfindən təkliflər sorğusu üzrə icra qrafiki, növbəti addımlar, dinamik hərrac və hərracdan sonra Auksion Komissiyasının rolu haqqında ətraflı məlumat verilib.
Sonda Komissiya üzvləri tərəfindən layihə çərçivəsində qarşıda duran məsələlərə dair müzakirələr aparılıb.
Rəylər (0):