Hərrac komissiyasının ilk iclası keçirilib

image

Qobustan Günəş Elektrik Stansiyası üzrə elan edilmiş hərracda iştirakçılarından daxil olmuş təkliflərə baxılma, ixtisas uyğunluğunun müəyyənləşdirilməsi və hərracın qalibinin seçilməsi məqsədilə yaradılmış hərrac komissiyasının hibrid formatda ilk iclası keçirilib.

Renewables.az bu barədə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə (BOEMDA) istinadən xəbər verir.

BOEMDA-nın direktoru Cavid Abdullayev hərracın Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə əməkdaşlıq istiqamətində “Azərbaycanda bərpa olunan enerji hərraclarının keçirilməsinə dəstək” layihəsi çərçivəsində həyata keçirildiyini qeyd edərək ölkəmizdə ilk bərpa olunan enerji hərracının iqlim və enerji ilə bağlı strateji hədəflərə nail olunması baxımından əhəmiyyətini qeyd edib.

AYİB, “Synergy” məsləhətçi şirkətin və üzv dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə baş tutan iclasda 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyası üzrə ilk hərracla bağlı görülmüş işlər, ixtisas uyğunluğunun müəyyənləşdirilməsi (RFQ) sənədi, qanunvericilik məsələləri ilə bağlı çıxışlar dinlənilib.

İclasda gündəlikdə duran digər məsələlərlə bağlı müzakirələr aparılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *