"Külək-Günəş Hibrid Elektrik stansiyaları ucuz enerji istehsalı deməkdir. Muxtar respublikanın günəş və külək potensialından səmərəli istifadə olunarsa, elektrik enerjisinə olan tələbat tamamilə bərpaolunan enerji hesabına təmin ediləcəkdir."
"Berpaolunanenerji.az" xəbər verir ki, bunu Culfa rayonundakı hibrid elektrik stansiyasının açılışında Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov bildirib.
Ali Məclisin Sədri deyib: "Yeni elektrik stansiyası Culfa rayonunda enerji tələbatının 10 faizdən çoxunu ödəyəcəkdir. Gələcəkdə yeni stansiyalar qurulduqdan sonra isə rayona kənardan enerji daşınmasına ehtiyac qalmayacaqdır. Stansiyada yeni iş yerləri də açılıbdır ki, bu da yeni mütəxəssislərin yetişməsinə, gələcəkdə digər stansiyaların yerli mütəxəssislər tərəfindən idarə olunmasına imkan verəcəkdir."
Rəylər (0):