Hindistanda bərpaolunan enerji mənbələrinin qoyuluş gücü artıb.
"Berpaolunanenerji.az" ölkənin yeni və bərpaolunan enerji nazirliyinin saytına istinadən xəbər verir ki, son statistikaya əsasən, Hindistanda bərpaolunan enerji mənbələrinin qoyuluş gücü 95,8 QVt-a çatıb.
Verilən məlumata görə, ümumi gücün 41 QVt-dan çoxu günəş enerjisinin payına düşür. Günəş enerjisi gücünün 36 QVt-ı sahələrdə inşa edilibsə, 5 QVt-dan çoxu bina və evlərin damında quraşdırılıb.
Ölkədə külək enerjisinin qoyuluş gücü isə 40 QVt-a yaxındır.
Rəylər (0):