Hindistanın “Reliance Industries” şirkəti qarşıdakı 3 ildə yaşıl enerjiyə 10 milyard dollar (750 milyard rupi) sərmayə qoyacaq.
“Berpaolunanenerji.az” “Bloomberg”ə istinadən xəbər verir ki, 600 milyard rupi ölkənin Quyarat əyalətindəki dörd “qiqa fabrik”ə, 150 milyard rupi isə texnoloji istiqamətlərə yatırılacaq.
Hindistanlı milyarder Mukeş Ambaninin şirkəti “yaşıl baxış” planı çərçivəsində növbəti 3 ildə yaşıl enerjiyə sərmayə qoyacaq.
Şirkət yatırımları günəş enerjisi, hidrogen və enerji saxlama istiqamətində edəcək.
Qeyd edək ki, “Reliance Industries”, 2035-ci ilə qədər sıfır emissiya hədəfləyir. Həmçinin şirkət, 2030-cu ilə qədər damlara quraşdırılacaq 100 QVt günəş sistemi qurmağı planlayır.
Rəylər (0):