Qlobal istiləşməni 1,5°C-yə qədər məhdudlaşdırmaq üçün inkişaf etməkdə olan ölkələrdə (Çin xaric) təmiz enerjiyə sərmayələr 6 dəfə artırılmalıdır.
Renewables.az Beynəlxalq Enerji Agentliyinə (IEA) istinadən xəbər verir ki, inkişafda olan ölkələrdə təmiz enerjinin inkişafına yönəldilən sərmayələr bugünkü 270 milyard ABŞ dollarından 2030-cu illərin əvvəli üçün 1,6 trilyon ABŞ dollarına qədər artırılmalıdır.
Bundan əlavə vurğulanır ki, qeyd olunan hədəflərə çatmaq üçün, güzəştli maliyyənin əlçatanlılığı (ilk növbədə beynəlxalq inkişaf maliyyə institutları tərəfindən) isə bu müddət ərzində üç dəfə artırılmalıdır.
Gələn 10 il ərzində inkişaf etməkdə olan ölkələrdə ümumi təmiz enerji sərmayələrinin demək olar ki, yarısı kommunal miqyaslı günəş və külək layihələri, elektrik şəbəkələri və daha enerji qənaət edən bina dizaynları və cihazlarına xərclənməlidir.
Rəylər (0):