Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Dünya Bankı hazırda dənizdə külək enerjisinin inkişafının başladılması, həmçinin ölkəyə tərtibatçı və özəl investorların cəlb edilməsi istiqamətində Azərbaycan hökuməti ilə birgə çalışır.
"Renewables.az" xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa regionu üzrə direktoru Rana Karadşeh Trend-ə özəl mühasibəsində deyib.
R.Karadşehin sözlərinə görə, Azərbaycan Energetika Nazirliyi, Dünya Bankı və IFC tərəfindən dərc edilmiş "Azərbaycanda dənizdə külək enerjisinin yol xəritəsi" ölkənin 2040-cı ilədək dənizdə ümumi gücü 7 qiqavat olan külək elektrik stansiyası quraşdırmaq potensialına malik olduğundan xəbər verir.
"Ümumilikdə yol xəritəsinin reallaşdırılması Azərbaycanın bərpa olunan enerji üzrə regional mərkəzə çevrilməsinə imkan yarada bilər. IFC Azərbaycanla bu sahədə əməkdaşlıq üçün yaxşı imkanlara malikdir və ona yeni səviyyəyə çıxmaqda, o cümlədən özəl investisiyaların cəlb olunmasında köməklik göstərir", - R.Karadşeh aydınlıq gətirib.
Regional direktorun dediyinə görə, bu, 69 000 insan üçün tam məşğulluğu və yerli səviyyədə 7 milyard dollaradək ümumi əlavə dəyəri təmin edə bilər.
"Bu potensialın istifadəsi həmçinin Azərbaycanın öz qonşuları və Avropanın digər hissəsi üçün bərpa olunan enerji ixracatçısına çevrilməsinə imkan yarada bilər ki, bu da enerji təhlükəsizliyini artırmağa şərait yaratmaqla Avropa qitəsinin karbonsuzlaşdırılmasına və əlaqələrin genişlənməsinə səbəb olacaq", - o qeyd edib.
Rəylər (0):