Dünyanın ən iri mebel brendi olan İsveçin IKEA şirkəti bərpaolunan enerji mənbələrindən əldə olunan elektrik enerjisinin satışına başlayacaq.
“Berpaolunanenerji.az” xarici mətbuata istinadən xəbər verir ki, istifadəçilər “STRÖMMA” servisi vasitəsilə ekoloji təmiz enerjini ala və tətbiq vasitəsilə sərfiyyatı izləyə biləcəklər. Bundan başqa “Svea Solar” (IKEA-nın tərəfdaşıdır) günəş panellərinin sahibləri artıq enerjini sata biləcəklər.
Şirkət yaşıl enerjini Skandinaviyanın elektrik birjası “Nord Pool” vasitəsilə alaraq, üzərinə əlavə haqq qoymadan satacaq. Tətbiqdə yaşı beş ildən artıq olmayan günəş və külək fermalarının elektrik enerjisi satılacaq. IKEA bununla enerji şirkətlərini bərpaolunan enerji mənbələrini inkişaf etdirməyə stimullaşdırmaq istəyir.
“STRÖMMA” gələn ay işə düşəcək və ilkin mərhələdə yalnız İsveç ərazisindəki istifadəçiləri əhatə edəcək.
Rəylər (0):