Hazırda hərracın keçiriləcəyi ərazi ilə bağlı təşkilati işlər görülür.
"Renewables.az" xəbər verir ki, bu barədə Energetika Nazirliyi və tabeliyindəki qurumlar tərəfindən 2022-ci ildə görülmüş işlərə dair hesabatında bildirilir.
Belə ki, 2022-ci il 1 mart tarixində günəş enerjisi hərracları üçün seçilmiş Ələt qəsəbəsində yerləşən Ərazi-62-yə yerində baxış keçirilib. Günəş enerji potensiallı ərazi kimi müəyyən olunmuş Ələt qəsəbəsində yerləşən "Ərazi-62"yə 3 dəfə ekspedisiya təşkil olunub.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) əməkdaşlarının iştirakı ilə təşkil edilmiş ekspedisiyada bərpa olunan enerji ərazisi kimi istifadəyə yararlı hərraca çıxarılacaq günəş enerji potensiallı 2 ərazi müəyyən edilib, koordinatları ƏMDX ilə razılaşdırılıb.
İlkin hərracın keçiriləcəyi Ələt qəsəbəsində yerləşən "Ərazi-62"nin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən olunması barədə müvafiq qərarın qəbul edilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 2022-ci il 20 sentyabr tarixli EN-01-23-3097/22 nömrəli məktub ünvanlanıb.
2022-ci il 16 dekabr tarixində ƏMDX-nin əməkdaşlarının iştirakı ilə əraziyə yerində baxış keçirilib və ərazinin hüdudları müəyyən olunub. Hazırda ƏMDX tərəfindən ərazinin yerquruluşu planı hazırlanır.
Rəylər (0):