IRENA: Bərpa olunan enerji sektoruna 7 trilyon ABŞ dolları investisiya yatırılmalıdır

image

"Yaşıl hidrogen" istehsalı karbon emissiyasının 12 % azalmasına şərait yaradacaq.

"Berpaolunanenerji.az" xəbər verir ki, bunu Beynəlxalq Bərpa olunan Enerji Agentliyinin (IRENA) Baş direktoru Françesko La Kamera Bakı Enerji Həftəsi çərçivəsində keçirilən konfransın ilk günündə bildirib.

F.Kamera əlavə edib ki, bu, 2030-cu ilə qədər temperaturun 1,5 dərəcə aşağı düşməsi prosessinə dəstək verəcək:

"Bərpa olunan enerji sektoruna ciddi investisiyaların qoyulmasına ehtiyac var. IRENA-nın apardığı araşdımalara görə, 4 ssenari üzrə bu sektora 2030-cu ilə qədər 7 trilyon ABŞ dolları məbləğində investisiyanın yatırılmasına ehtiyac var. Bütün bunlar isə bizə Paris Sazişinin müddəalarını yerini yetirməyə imkan verir.

Hesablamamıza görə, investisiyaların artırılması bərpaolunan enerji sektorunda 90 milyona yaxın iş yerinin yaradılması ilə nəticələnəcək".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *