İstanbulda Azərbaycan-Türkiyə 2-ci Enerji Forumu keçiriləcək

image

Cari ilin 5-6 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində Azərbaycan-Türkiyə 2-ci Enerji Forumu keçiriləcək.

Bu barədə "Berpaolunanenerji.az"a Nazirlikdən məlumat verilib.

İki gün davam edəcək Forumun birinci günündə karbohidrogen və neft-kimya məhsulları, bərpa olunan enerjidən istifadə və enerji səmərəliliyi, elektrik enerjisi bazarı, elektrik enerjisinin paylanması və ötürülməsi, həmçinin enerji tənzimləmə istiqamətləri üzrə fəaliyyət göstərən birgə işçi qruplarının iclasları keçiriləcək. Tədbirin ikinci günündə isə Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fateh Dönməz də daxil olmaqla bir sıra yüksək vəzifəli şəxslərin çıxışları, həmçinin Forumun yekunlarına dair protokolun imzalanması nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə təsis edilib və ilk Forum 21-22 dekabr 2021-ci il tarixində Bakı şəhərində keçirilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *