İtaliya dənizdə ilk külək elektrik stansiyasını inşa edir

image

İtaliya ilk dəniz külək stansiyasının tikintisini başa çatdırmaq üzrədir.

"Berpaolunanenerji.az" "Offshore Wind" portalına istinadən xəbər verir ki, "Beleolico" külək elektrik stansiyası Taranto limanında sahildən təxminən 100 metr məsafədə yerləşəcək. Burada həmçinin "Ilva" şirkətinə məxsus polad zavodu fəaliyyət göstərir.

Tam işə salındıqdan sonra stansiyada ümumi gücü 30 MVt olan 10 turbin çalışacaq. Stansiyanın istehsal gücü 60 000 nəfərin illik enerji ehtiyacına bərabər olan 58 000 000 kilovat-saatdan çox olacaq.

Ətraf mühit baxımından bu o deməkdir ki, 25 il ərzində stansiya təxminən 730 min dəm qazının atmosfera buraxılmasının qarşısını alacaq.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *