İtaliya külək və günəş enerjisindən istifadə hədəflərini artırdı
İtaliya 2030-cu ildə elektrik enerjisinin 70 %-ni külək və günəş enerjisindən qarşılamağı hədəfləyir.
"Berpaolunanenerji.az" xarici mənbəyə istinadən xəbər verir ki, ölkə rəsmisi Roberto Çinqolani, İtaliyanın 2030-cu ildə enerji ehtiyacının 70-72 %-ni bərpa olunan enerji mənbələrindən qarşılayacağını bildirdi. Sitat: "2030-cu ildə elektrikin 70-72 %-ni külək parkları və günəş elektrik stansiyalarından istehsal etməyimiz vacibdir."
Hökumət rəsmisi İtaliyanın qarşıdakı 10 ildə 60-70 min MVt bərpa olunan gücün tamamlanmasının vacibliyini qeyd edərkən, yerdə qalan enerji ehtiyacının təbii qazdan qarşılanacağını da vurğuladı.
Rəylər (0):