İtaliya şirkətləri "yaşıl" enerji və "yaşıl" hidrogen ixracı imkanlarını dəyərləndirməyə çağırılıb

image

ADA Universitetində “Azərbaycan-İtaliya: “Çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə aparan yol” adlı konfrans çərçivəsində energetika naziri Pərviz Şahbazovla İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

"Berpaolunanenerji.az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və İtaliya arasında enerji əməkdaşlığının inkişafı müzakirə edilib.

Energetika naziri Pərviz Şahbazov TAP-ın genişlənməsi ilə 10 faiz həcmində hidrogen qarışığının nəqlinin də mümkünlüyünü qeyd edib. Dənizdə külək enerjisindən istifadə ilə Avropaya “yaşıl” enerji və “yaşıl” hidrogen ixracının da gündəlikdə olduğu vurğulanaraq İtaliya şirkətləri bu əməkdaşlıq imkanlarını dəyərləndirməyə çağırılıb.

Görüşdə, həmçinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa, İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın növbəti iclasına dair məsələlər müzakirə edilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *