İtaliyanın enerji agentliyi olan "Gestore dei Servizi Energetici" (GSE) bərpa olunan enerji hərracında 1 MVt-dan yuxarı layihələr üçün 116,2 MVt gücündə stansiyalar ayırıb.
"Renewables.az" "pv-magazine" portalına istinadən xəbər verir ki, hərracda 15 məkanda 94,2 MVt günəş enerjisi gücü və ümumi gücü 22 MVt olan iki külək layihəsi çıxarılıb.
Ən aşağı təklif 0.070 kVt-saat/usd qiymətində olub və ən böyük layihə – Apuliyanın cənub bölgəsindəki Foggia əyalətində planlaşdırılan 15,8 MVt gücündə günəş stansiyası üçün təklif edilib.
Rəylər (0):