Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu iyunun 16-da işini panel iclasları ilə davam etdirib.
"Berpaolunanenerji.az"ın məlumatına görə, Forum çərçivəsində “Enerji təhlükəsizliyinə cari təhlükələr: onların xarakteri, miqyası və aradan qaldırılmasının səmərəli yolları” mövzusunda növbəti panel iclası keçirilib.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekutanın moderatorluğu ilə keçirilən panel iclasında “Yaxın müddətdə Rusiyanın neft və təbii qazının alışını azaltmaq barədə planları nə dərəcədə həqiqətəuyğundur? ABŞ, Avropa və digər inkişaf etmiş ölkələrdə enerji ilə bağlı hazırkı vəziyyətə qiymət və digər təsirlərin diqqət mərkəzində olduğu bir vaxtda yeni bazarlarda və digər inkişaf etməkdə olan ölkələrdə onun təsirləri nədən ibarətdir? Neft/təbii qaz istehsal edən ölkələrin atdıqları addımlar nədən ibarətdir? Sırf enerji idxalçısı olan ölkələrin gələcək addımları nə olmalıdır? Qlobal karbon emissiyalarının azaldılması üçün zəruri olan bərpa olunan enerji, hidrogen və digər texnologiyalara keçidin nə kimi təsirləri var?” kimi suallara cavablar axtarılıb.
Rəylər (0):