İyul ayında Azərbaycanda elektrik enerjisi istehsalı artıb

image

2021-ci ilin yanvar-iyul ayları üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, iyul ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2639,03 mln. kVt-saat, ixracı 153,5 mln. kVt-saat, idxalı 11,2 mln. kVt-saat olub.

"Berpaolunanenerji.az" energetika nazirliyinə istinadən xəbər verir ki, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə iyul ayında respublika üzrə elektrik enerjisinin istehsalı 244,2 mln. kVt-saat, ixrac 46,0 mln. kVt-saat artıb, idxal isə 1,5 mln. kVt-saat azalıb.

Cari ilin 7 ayı ərzində isə respublikada elektrik enerjisinin istehsalı, ötən ilin müvafiq dövrü ilə müqayisədə 498,5 mln. kVt-saat artaraq 15845,0 mln kVt-saat olub.

Hesabat dövründə ötən ilin 7 ayına nisbətən elektrik enerjisinin istehsalı SES-lərdə 102,9 mln. kVt-saat artaraq 877,4 mln. kVt-saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 0,3 mln. kVt-saat azalaraq 212,8 mln. kVt-saat olub.

Külək elektrik stansiyalarında 55,4 mln. kVt-saat, günəş elektrik stansiyalarında 32,2 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 125,2 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

Yanvar-iyul aylarında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 14227,5 mln. kVt-saat (SES-lərdə 763,9 mln. kVt-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 263,9 mln. kVt-saat (SES-lərdə 103,2 mln. kVt-saat, GES-də 29,5 mln. kVt-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 41,04 mln. kVt-saat, müstəqil elektrik stansiyaları üzrə 1312,56 mln. kVt-saat təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin ixracı 822,4 mln. kVt-saat olmaqla, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 94,2 mln. kVt-saat artıb.

İrana 152,3 mln. kVt-saat, Türkiyəyə 109,1 mln. kVt-saat, Rusiyaya 56,1 mln. kVt-saat, Gürcüstana isə 504,9 mln. kVt-saat elektrik enerjisi ixrac edilib.

Bu dövrdə elektrik enerjisinin idxalı 100,1 mln. kVt-saat olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 15,9 mln. kVt-saat artıb.

İrandan 19,6 mln. kVt-saat, Rusiyadan 55,8 mln. kVt-saat, Gürcüstandan isə 24,7 mln. kVt-saat elektrik enerjisi idxal edilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *