Külək Elektrik Stansiyalarında istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb

image

2021-ci ilin yanvar-oktyabr ayları üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, oktyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2168,8 mln. kVt-saat, ixracı 125,8 mln. kVt-saat, idxalı 10,3 mln. kVt-saat olub.

"Berpaolunanenerji.az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, cari ilin yanvar-oktyabr aylarında külək elektrik stansiyalarında 77,0 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

Bu ilin səkkiz ayı ərzində elektrik enerjisinin istehsalı “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında isə 56,7 mln. kVt-saat təşkil edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *