2021-ci ilin 11 ayı üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə noyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 288,4 mln. kVt/saat, ixrac 146,1 mln. kVt/saat artıb, idxal isə 0,3 mln. kVt/saat azalıb.
"Berpaolunanenerji.az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, cari ilin yanvar-noyabr aylarında külək elektrik stansiyalarında 82,7 mln. kVt/saat elektrik enerjisi istehsal edilib.
Bu ilin on bir ayı ərzində külək enerjisinin istehsalı “Azərişıq” ASC üzrə 60,3 mln. kVt/saat təşkil edib.
Rəylər (0):