Külək enerjisi 1,1 milyard karbon dioksid emissiyasının qarşısını alır
İqlim dəyişikliyi dünya ölkələrinin bərpa olunan enerji investisiyalarını artırmasına əsas olmuşdur. Qlobal Külək Enerjisi Konsulluğunun rəqəmlərinə əsasən, ötən il qoyuluş gücü 93 qiqavat artan külək enerjisinin qlobal qoyuluş gücü 743 qiqavata bərabərdir. Artımda Çin 55.91 %, ABŞ isə 18.19 % paya sahib olub. Türkiyənin bu artımda payı 1.32 %-ə bərabər qeydə alınıb.
Bu güc dünya miqyasında 1,1 milyard karbon dioksid emissiyasının qarşısını alaraq iqlim dəyişikliyinin səbəblərini azaltmağa çalışır.
Azərbaycanda külək enerjisinin qoyuluş gücü 66 MVt təşkil edir. Qeyd edək ki, Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsinin tamamlanması, külək enerjisinin qoyuluş gücündə və payında əsaslı artıma səbəb olacaq, eyni zamanda iqlim dəyişikliyi ilə mübarizədə karbondioksid emissiyasının azalmasına gətirib çıxaracaq.
Rəylər (0):