"Yaşıl Enerji Zonası"nın yaradılmasına töhfə verəcək digər bir layihə Laçın yaxud Kəlbəcər ərazisində 100 MVt-dək gücdə külək elektrik stansiyasının tikilməsi perspektividir.
"Berpaolunanenerji.az" xəbər verir ki, bu haqda energetika naziri Pərviz Şahbazovun "Respublika" qəzetində dərc olunan məqaləsində qeyd edilib.
"Bu layihə üzrə müəyyən edilmiş ərazilərin məlumatları əsasında hazırlanmış “Məlumat sorğusu” sənədi potensial investorlara artıq təqdim edilib. Hazırda “Məlumat sorğusu” mərhələsi üzrə işlər davam etdirilir", - deyə məqalədə qeyd olunub.
Rəylər (0):