Külək enerjisinin qoyuluş gücünə görə Azərbaycan Cənubi Qafqazda birincidir.

image

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin hesabatına əsasən, Azərbaycanda külək enerjisinin qoyuluş gücü 66 meqavat təşkil edir. Gürcüstanda bu mənbə üzrə göstərici 21 meqavat, Ermənistanda isə 3 meqavatdır.

2017-ci ildə ölkəmizdə külək enerjisinin qoyuluş gücü cəmi 16 meqavat təşkil edirdi. “Yeni Yaşma KEP”-in istifadəyə verilməsi, bu mənbənin qoyuluş gücü 66 meqavata çatdırdı. Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2021-ci ilin mart ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2364,3 mln. kVt·st olub ki, bunun da 22,56 mln. kVt·st-ı külək elektrik stansiyalarında istehsal edilib.

Hazırda ölkəmizdə “Yeni Yaşma Külək Elektrik Parkı” 50 meqavat; “Yaşma Bağları KEP” 3,6 meqavat; “Şuraabad KEP” 1,7 meqavat; “Hökməli Külək Elektrik Stansiyası” 8 meqavat; “Qobustan Külək-Hibrid Elektrik Stansiyası” 2,7 meqavat və “Ekoloji Park” isə 0,04 meqavat gücündə fəaliyyət göstərir.

Qeyd edək ki, Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsinin tamamlanması, külək enerjisinin qoyuluş gücündə və payında əsaslı artıma səbəb olacaq.

Gürcüstanda “Kartli KES” 21 meqavat gücündədir və ölkənin yeganə külək enerjisi mənbəyidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *