Külək turbininin qanadlarını təkrar emal etmək üçün yeni koalisiya yaradıldı

image

Danimarkanın külək turbini istehsalçısı "Vestas Wind Systems" turbin qanadlarının tamamilə təkrar emal edilməsini təmin edəcək sənaye texnologiyasını, 3 il ərzində inkişaf etdirməyi hədəfləyən bir təşəbbüsə liderlik edəcək.

Bu barədə "Berpaolunanenerji.az" şirkətə istinadən xəbər verir.

Külək turbini sənayesində, qanad emalında sahib olduqları yüngül çəki, yüksək müqavimət, aşınma və istiliyə davamlılıq kimi bir çox özəlliklər səbəbindən qarışıq materiallardan istifadə edilir. Külək stansiyalarının artması nəticəsində, qarşıdakı illərdə ömrünü tamamlamış və istifadə yararsız qanadların təkrar emalı aktual bir məsələ olacaq.

Vestas şirkəti, külək qanadlarının tamamilə təkrar emalını təmin edəcək texnologiyanı həyata keçirmək istəyən bir qrup mütəxəssislərə liderlik etdiyini açıqladı. Açıqlamaya görə, şirkət tərəfindən idarə edilən, qismən Danimarka İnnovasiya Fondu (IFD) tərəfindən maliyyələşdirilən CETEC (Circular Economy for Thermosets Epoxy Composites) adlı koalisiya yaradılıb. Təşəbbüsdə "Olin Corp", Danimarka Texnoloji İnstitutu və Orhus Universiteti də iştirak edir. Təkrar emal təşəbbüsünü "DreamWind" həyata keçirəcək.

Külək turbini qanadlarının təkrar emalı üçün bir çox texnologiyalar mövcuddur lakin bu həllərin heç biri sənaye səviyyəsində mövcud deyil və iqtisadi cəhətdən də rəqabətli hesab olunmur. CETEC koalisiyası üç il ərzində sənaye miqyasında yeni texnologiyalı bir həll təqdim etməyi planlaşdırır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *