LG günəş paneli istehsalını dayandırır

image

Cənubi Koreyanın texnologiya nəhəngi LG günəş paneli istehsalını dayandırır.

“Berpaolunanenerji.az” pv-magazine.com saytına istinadən xəbər verir ki, şirkət bu barədə rəsmi açıqlama yayıb.

Açıqlamaya görə, LG şirkəti günəş paneli istehsalı və satışını dayandıracaq.

Buna səbəb kimi xammal qiymətlərinin və rəqabətin artması göstərilir.

Panel istehsalının dayandırılması 30 iyul 2022-ci ilədək tamamlanacaq. Bu tarixə qədər şirkət müştərilərinə xidmət dəstəyi göstərəcək.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *