Liberal elektrik enerjisi bazarlarına dair seminar keçirilib

image

Energetika Nazirliyinin təşkilatçılığı, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Enerji Məsələləri Tənzimləmə Agentliyi, “Azərişıq” ASC və “Azərenerji” ASC-nin nümayəndələrinin iştirakı ilə liberal elektrik enerjisi bazarları sahəsində onlayn seminar keçirilib.

Bu barədə "Berpaolunanenerji.az" Energetika Nazirliyinə istinadla xəbər verir.

5 gün davam edən təlimdə Çilinin Adolfo İbanez Universitetinin Mühəndislik və elm fakültəsinin bərpa olunan enerji üzrə magistr proqramının dosent və təsisçi-akademik direktoru Şəhriyar Nəsirov tərəfindən liberal elektrik enerjisi bazarlarının xüsusiyyətləri və üstünlükləri, bazar mexanizmləri, resurslardan səmərəli istifadə, elektrik bazarlarında risklərin idarə edilməsi, bazar monitorinqi və digər mövzular barədə ətraflı məlumat verilib, təqdimatlar nümayiş etdirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *